Yazını böyüt
Yazını kiçilt
Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri gələn həftə elan olunacaq.
Hafta.az xəbər verir ki, bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib. O deyib ki, 28-29 may tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrinin gələn həftə elan olunması nəzərdə tutulub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda nəticələrin bu gün elan olunacağı iddia edilirdi.